TÜRKPA nümayəndə heyətinin rəhbəri: Müşahidələrimiz göstərir ki, seçkilər demokratik şəraitdə davam edir

post-img

Biz TÜRKPA nümayəndə heyəti olaraq Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyirik. Müşahidələrimiz göstərir ki, seçkilər demokratik və şəffaf şəkildə davam edir. Bundan çox məmnunuq. Bütün namizədlərə uğurlar arzulayıram.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şamaxıda Milli Məclisə seçkilərin gedişini izləyən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyətinin rəhbəri Ahmet Zenbilci söyləyib.

“Bilirəm ki, bu seçki Azərbaycan üçün çox önəmlidir. Seçiləcək namizədlərin həm parlamentə, həm də ölkəyə uğurlu, xeyirli olmasını diləyirəm. Türkiyə və Azərbaycanın qardaşlığı hamıya məlumdur. Biz bütün dünyaya bəyan edirik ki, bu seçki prosesi demokratik şəkildə keçirilir. Biz bunu çox uğurlu hesab edirik”, - deyə nümayəndə heyətinin rəhbəri bildirib.

Siyasət