Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ müharibəsində şəhid olan azərbaycanlı hərbçilərin ailələri ilə görüşüb. Məlumatı “Anadolu” verib.
Milli Müdafiə Universitetində Quru Hərbi Məktəbinin diplom və pankartlarının təqdim edilməsi mərasimindən sonra keçirilən görüşdə Prezident Ərdoğan Azərbaycan qəhrəmanlarının ailələrini 30 avqust Zəfər Gününə həsr olunmuş xüsusi konsertə dəvət edib.
Döyüşdə həlak olanlara Allahdan rəhmət diləyən Ərdoğan, “Allaha şükürlər olsuŞ sayənizdə, türkün sayəsində, torpaqlarımız azad olundu” deyən şəhid anasına “Birlikdə, sağ olun”, - deyə cavab verib.
Şəhidlərin valideynlərinin əllərini bir-bir sıxan Ərdoğan “Bütün şəhidlərimizin məkanı cənnət olsun”, - deyib.
Görüşdən sonra prezident Ərdoğan qəhrəmanların ailələri ilə xatirə şəkli çəkdirib.
P.ƏMİRCANOV
XQ