Ermənistanda 2027-ci ildə konstitusiya referendumunun keçirilməsi planlaşdırılır. Bu barədə ölkənin ədliyyə naziri Qriqor Minasyan bildirib. Məlumatı “İnterfaks.ru” verib.
“Bizə konstitusiya dəyişikliyi yox, yeni Konstitusiya lazımdır”, - deyə o, jurnalistlərə bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarda bildirmişdi ki, ölkənin yeni Konstitusiyaya ehtiyacı var. Fevralda o , konstitusiya referendumunun keçirilməli olduğunu demişdi.
Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl qeyd edib ki, sülh müqaviləsinin əsas şərti Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsidir, çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var və bu iddialar aradan qaldırılmayana qədər sülh müqaviləsi imzalanmayacaq.
P.ƏMİRCANOV
XQ