Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-6-da Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcək və plenar iclasda çıxış edəcək. Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.Xəbəri “İnterfaks.ru” yayıb.
“Hazırda Vladivostokda keçiriləcək foruma ciddi hazırlıq gedir”, - deyə Peskov bildirib. Onun sözlərinə görə, “Prezident Putinin çıxış edəcəyi plenar iclas olacaq, plenar müzakirələr olacaq”.
“Bu, çox mühüm hadisədir, Uzaq Şərq və Arktika ölkəmiz üçün, şübhəsiz ki, prioritet ərazilərdir”, - deyən Peskov əlavə edib ki, yeni belə ərazilər prezidentə təqdim olunacaq.
"Uzaq Şərqdən Rusiyanın Avropa hissəsinə əhalinin axınının dayandırılması üçün səmərəli tədbirlər görülür ki, orada həyat daha rahat olsun", - dövlət başçısının mətbuat katibi bildirib.
P.ƏMİRCANOV
XQ