Dövlət Dəniz və Liman Agentliyi tərəfindən sənədlərin verilməsi prosesi “Bakı KOB evi”ndə davam edir

post-img

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin sahiblərinə təhvil verilməsi prosesi cari ilin 19 avqust tarixindən “Bakı KOB evi”ndə həyata keçirilir.

Bu günə kimi sözügedən xidmət üzrə 56 dənizçi DDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edib. Onlardan 45-i hazır sənədlə təmin olunub.

Xidmətin təşkilində məqsəd agentlikdə həyata keçirilən islahatların davamı olaraq operativlik, şəffaflıq, peşəkarlıq səviyyəsinin artırılması, sənədlərin əldə edilməsinə sərf olunan vaxtın minimuma endirilməsi və nəticədə vətəndaş məmnunluğunun təmin edilməsidir.

Son xəbərlər