Lukaşenko ordusuna ölkədən kənarda döyüşmək əmri verməyəcək

post-img

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, heç vaxt əsgərlərinə ölkədən kənarda döyüşmək əmri verməyəcək. O, bu barədə avqustun 29-da informasiya siyasətinin aktual məsələləri ilə bağlı rəsmilərin hesabatını dinləyərkən deyib. Məlumatı “İzvestiya.ru” verib. 

“Ölkəmizdən kənara çıxmaq üçün heç bir əmr olmayıb və olmayacaq”, - Lukaşenko deyib. Onun sözlərinə görə, Belarus qoşunları yalnız “ölkəyə pis niyyətlə gələn olsa”, döyüşə girəcəklər.

Avqustun 25-də Ukrayna Xarici İşlər Nazirliyi Belarusu qoşunlarını sərhəddən çıxarmağa çağırıb. Xarici İşlər Nazirliyi kəşfiyyat məlumatlarına istinadən, Ukraynanın şimal sərhədi yaxınlığındakı Qomel bölgəsində xeyli sayda canlı qüvvə və hərbi texnikanın cəmlənməsindən narahatlıq yaranıb. 

Belarus XİN mətbuat katibi Anatoli Qlaz avqustun 26-da bildirib ki, Kiyev Minskə qoşunlarını çıxarmaq üçün rəsmi müraciət göndərməyib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya