Türkiyə daha bir təhlükəli terrorçunu zərərsizləşdirib

post-img

Milli Kəşfiyyat Təşkilatının (MİT) köməyi ilə İraqın şimalındakı Süleymaniyyə şəhərində PKK/KSK terror təşkilatı liderlərindən olan terrorçu Gülüstan Təkik zərərsizləşdirilib. Məlumatı “Anadolu” verib. 

Türkiyə təhlükəsizlik xidmətindəki mənbələrə görə, “Pelin Batman” kod adlı terrorçu 1998-ci ildə PKK-ya qoşulub və “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə axtarışda olub. Türkiyə xüsusi xidmət orqanlarına terrorçu Tekikin Süleymaniyyədə olması barədə məlumat daxil olub.

RKK/KSK separatçı terror təşkilatının liderlərindən olan Murat Karayılanın xüsusi göstərişi ilə terrorçunun adına saxta şəxsiyyət vəsiqəsinin verildiyi müəyyən edilib. Məqsədli əməliyyatla Tekik zərərsizləşdirilib.

Terrorçunun Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) dəstəyi ilə Süleymaniyyədə PKK-nın təbliğat və dezinformasiya fəaliyyətini həyata keçirdiyi, həmçinin qanlı təşkilatın ideologiyasının yayılması və orduya cəlb etmə ilə məşğul olduğu da müəyyən edilib.

P.ƏMİRCANOV

XQ

 

Dünya