Pakistan Rusiyanın baş naziri Mixail Mişustinin səfərini və onun Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasında iştirakını gözləyir. Bunu avqustun 26-da Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç bildirib.
Məlumatı “İzvestiya.ru” verib.
“Hazırda Pakistanın sədrlik etdiyi ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının oktyabrın ortalarında iclası keçiriləcək. Biz ŞƏT-in bütün üzvlərinin bu iclasda iştirak edəcəyini gözləyirik. Rusiya baş nazirinin səfərini və şuranın iclasında iştirakını da gözləyirik”, - deyə diplomat RİA Novosti -yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, istisnasız olaraq təşkilata üzv olan bütün ölkələrin hökumət başçılarına dəvət göndərilib.
Şanxay Əməkdaşlıq Təşkilatı hökumət başçılarının görüşü oktyabrın 15-16-da İslamabadda keçiriləcək.
P.ƏMİRCANOV
XQ