NATO Finlandiyada zirehli briqada yerləşdirməyi planlaşdırır

post-img

Şimali Atlantika Alyansı Rusiya ilə sərhədə yaxın, Finlandiyanın Mikkeli şəhərində 5 minə qədər hərbçidən ibarət zirehli briqada yerləşdirmək niyyətindədir. Bu barədə avqustun 22-də Finlandiya mətbuatına istinadən “İzvestiya.ru” məlumat yayıb.

Qeyd olunub ki, NATO-nun Finlandiya ərazisində hərbi mövcudluğunun zəruriliyi Finlandiya rəhbərliyi tərəfindən bəyan edilib. Nəşr blokdakı mənbələrə istinadən xəbər verir ki, alyans qərar barədə yaxın həftələrdə rəsmi məlumat verəcək.

4-5 min əsgərdən ibarət briqadaya İsveç və Norveç də qoşulacaq. Nəşr bildirir ki, yaradılan bölmə FLF (İrəli Quru Qoşunları) kimi tanınır.

P.ƏMİRCANOV
XQ

Dünya