Pakistanda terrorçularla münaqişə zəminində dörd hərbçi həlak olub

post-img

Pakistanın Xayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan rayonunda terrorçuların hərbçilərə hücumu nəticəsində dörd əsgər həlak olub. 

Pakistan mətbuatının yaydığı məlumata görə atışmada altı terorçu öldürülüb. 

Terror aktına görə məsuliyyəti regionda qeyri-qanuni fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib. 

Bununla belə hakimiyyət dairələri bu terror aktının ölkədə fəaliyyət göstərən Pakistan talibləri tərəfindən törədildiyini iddia edirlər. 

Xatırladırıq ki, bu ilin əvvəlindən Pakistanın Xayber-Paxtunxva və Bəlucistan əyalətlərində  dəfələrlə bu kimi terrorçuluq aktları törədilib və onlarla adam həlak olub. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

İslamabad

 

Dünya