Türkiyə Şimali İraqda təhlükəli terrorçunu zərərsizləşdirib

post-img

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda “qırmızı kateqoriya”da axtarılan Yusuf Kalkan da daxil olmaqla 4 PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir. Məlumatı “Anadolu” verib. 

Bildirilib ki, yaraqlılar “Pençe” əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi əlavə edib ki, “Sevkan Çele” işarəsi olan Yusuf Kalkan “silahlı terror təşkilatına üzv olmaq” və “silahlı terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək” ittihamları ilə axtarışda olub.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya