Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp qalib gəlsə, onunla əməkdaşlıq çətin iş olacaq. O, həmçinin cənab Trampın vitse-prezidentliyə namizədi, senator J.D.Vansı tənqid edib. Hələ 2022-ci ildə o, müsahibəsində “Ukrayna ilə nə baş verəcəyinə vecinə olmadığını” bildirmişdi.
“Ola bilsin ki, o, həqiqətən də Ukraynada nə baş verdiyini anlamır, ona görə də biz ABŞ-la işləməli olacağıq”, - Vladimir Zelenski BBC-yə müsahibəsində deyib. O əlavə edib ki, Ukrayna hökuməti ABŞ-da hakimiyyətə gələn hər kəslə işləməyə hazırdır.
Cənab Vens özü də əvvəllər ABŞ-ın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı siyasətini dəfələrlə tənqid edib. 2023-cü ilin dekabrında Fox News-da senator cənab Zelenskinin Vaşinqtona səfərini “gülünc” və “utanc verici fars” adlandırmışdı.
J.D.Vans bir gün əvvəl, iyulun 18-də Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə razı olduğunu rəsmən elan edib. O, 2016-cı il seçkilərindən əvvəl Donald Trampı tənqid edib, lakin 2018-ci ildə mövqeyini dəyişib və 2020-ci il seçkilərində onu dəstəkləyib.
Cənab Trampın özü iyulun 15-də, Respublikaçıların Milli Qurultayının ilk günündə Respublikaçılar Partiyasının prezidentliyə namizədi kimi rəsmən irəli sürülüb. Əvvəllər o, dəfələrlə bildirib ki, prezident kimi fəaliyyətə başladıqdan sonra 24 saat ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoya biləcək.
S.ELAY
XQ