Ərdoğanın Trampla telefon danışığı olub

post-img

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib. 

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən verilən açıqlamaya görə, söhbətdə Trampa sui-qəsd və ondan sonra baş verən hadisələr müzakirə olunub. Prezident Ərdoğan Trampa qarşı sui-qəsdi bir daha pisləyib və onun tezliklə sağalmasını arzulayıb.

Hücumu demokratiyaya hücum adlandıran Ərdoğan dəhşətli hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu bildirib. Onun sözlərinə görə, Trampın seçki kampaniyasını fasiləsiz davam etdirməsi demokratiyaya güc verir, buna Amerika xalqının müdrikliyinə inamın göstəricisi kimi baxmaq lazımdır.

Prezident qeyd edib ki, sui-qəsd cəhdindən sonra Tramp qütbləşməni və gərginliyi azaltmaq üçün sakitləşdirici birlik mesajları ilə güclü liderlik nümayiş etdirib və Ərdoğan Trampı Respublikaçılar Partiyası tərəfindən ABŞ prezidentliyinə rəsmi namizəd kimi irəli sürülməsi münasibətilə təbrik edib.

Ərdoğan noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinin Amerika xalqı və Türkiyə ilə ABŞ münasibətləri üçün faydalı olmasını arzuladığını bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya