Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasının qəbul etdiyi qətnamədə deyilir ki, “Kipr Türk Dövlətinin beynəlxalq birliyin müstəqil və bərabərhüquqlu suveren üzvü kimi qanuni haqqı artıq gecikdirilə bilməz”. Məlumatı “Anadolu” verib.
Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində sədr Numan Kurtulmuşun imzası ilə “Kipr Sülh Əməliyyatının 50-ci ildönümü” adlı qətnamə oxunaraq qəbul edilib.
Parlament Kipr Sülh Əməliyyatının 50-ci ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd edib, Kipr Türk xalqını Sülh və Azadlıq Günü münasibətilə səmimi qəlbdən təbrik edib: “İyulun 20-si uzun illər çəkdiyi ağrı və məşəqqətlərlə cəsarətlə və səbirlə üzləşən Kipr türk xalqının qurtuluş günüdür. Bu, adada suverenlik və bərabər status hüquqlarının qorunmasının simvoludur. 1963-cü ildə Kipr rumları tərəfindən tərəfdaş dövlətin qəsb edilməsi ilə başlayan və sürgün və qırğınlarla davam edən qaranlıq dövr bu əməliyyatla sona çatdı, adada Kipr Türk xalqının varlığı və təhlükəsizliyi təmin edildi, sülh və təhlükəsizlik mühiti yaradıldı”.
Sənəddə deyilir: “Biz beynəlxalq ictimaiyyəti adadakı real vəziyyəti tanımağa, Kipr Türk xalqının qeyri-insani təcridinə ən qısa zamanda son qoymağa və Şimali Kipr Türk Cümhuriyyətini layiq olduğu kimi tanımağa dəvət edirik”.
P.ƏMİRCANOV
XQ