Ursula fon der Lyayen ikinci müddətə AK sədri vəzifəsinə təsdiqlənib

post-img

Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının hazırkı sədri Ursula fon der Lyayenin həmin vəzifədə ikinci beş illik müddətə təsdiq edilməsinə səs veriblər. Məlumatı “İnterfaks.ru” verib.

Məlumata görə, gizli səsvermə nəticəsində Lyayen 401 deputatın səsini qazanıb, onun əleyhinə 284 səs verilib, 15 nəfər bitərəf qalıb, 7 bülleten etibarsız sayılıb.

Avropa Komissiyasının başçısı seçilmək üçün parlamentin 720 deputatından 361-nin səsi kifayət edir. 

P.ƏMİRCANOV
XQ

Dünya