Ermənistan peyklərinin orbitdən çıxarılması tələb edilir

post-img

Bir sıra dövlətlər Ermənistandan orbitə buraxılmış “Armsat-1” və “Hayasat-1” peyklərini orbitdən çıxarmağı xahiş ediblər. Bu barədə iyulun 9-da “Joqovurd” qəzeti məlumat yayıb.

“Bir sıra ekspertlərin fikrincə, kosmosa göndərilən peyklər digər ölkələrin peykləri üçün problemə çevrilib, onların işini və ya proqramlarının bir hissəsini pozub”, - nəşr yazır. Söhbət hansı ölkələrdən getdiyi açıqlanmır.

Materialda deyilir ki, Ermənistanın “Armsat-1” və “Hayasat-1” peykləri qeyri-peşəkar şəkildə buraxılıb, hesablamalar səhv aparılıb. Nəşr yazır ki, Ermənistanın yüksək texnoloji sənaye nazirinin müavini Avet Poqosyanın istefası məhz bununla bağlı ola bilər. Rəsmi şəxs özü bunu təkzib edir.

Gazeta.Ru aydınlaşdırır ki, “Hayasat-1” 2023-cü ilin dekabrında ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq hərbi bazasından kosmosa buraxılan ilk Ermənistan istehsalı olan peykdir. Peyk kosmosa SpaceX şirkəti tərəfindən buraxılıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya