Azərbaycan Olimpiya Komandasının posteri təqdim edilib

post-img

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Olimpiya komandasının posteri və yarış müddətində istifadə ediləcək həştəqləri (#teamaze #bizsizeinaniriq #haydiazerbaycan #haydibizimkiler) təqdim olunub.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti paylaşım edib.

İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək.

L.AZAD
XQ

İdman