“Paris-2024”: Fransada yeni tətil çağırışı

post-img

Paris Olimpiadası ərəfəsində Fransanın paytaxtındakı hava limanları (Orly və Roissy-CDG) menecerlərinin 4 həmkarlar ittifaqı tətil etməyə çağırış edib.

İş şəraitinin pisləşməsinə qarşı olan Həmkarlar ittifaqları min nəfər yeni işçinin işə götürülməsi planının reallaşmasını tələb edirlər. Bununla yanaşı, onlar Olimpiya və Paralimpiya Oyunları zamanı iş günlərinə zəmanət verilməsini istəyirlər. Paris aeroportları qrupunun (Aeroports de Paris-ADP) dörd həmkarlar ittifaqı (CGT, CFDT, FO və UNSA) iyulun 17-nə tətil elan edib. ADP qrupu baş direktorunun birtərəfli qərarla yalnız işçilərin bir hissəsinə bonus ödəmək qərarından Həmkarlar ittifaqı təmsilçiləri təəssüfləndiklərini bildiriblər.  

Mətbuata açıqlamada qeyd edilir ki, baş direktorun tələblərə laqeyd yanaşması yekdilliklə pislənilir. 

CGT, CFDT, FO və UNSA həmkarlar ittifaqları bildiriblər ki, onlar tətil elan etməyə məcburdurlar. Çünki ADR-in baş direktorunun inadkar imtinası, onun birləşmiş həmkarlar ittifaqları tərəfindən irəli sürülən ultimatumu lazımi səviyyədə qiymətləndirməməsi onları bu addımı atmağa məcbur edir. 

L.AZAD
XQ

İdman