İran islahatçı namizədi seçdi

post-img

Yeni prezident Məsud Pezeşkian ölkəyə nə vəd edir?

Beləliklə, İranda yeni prezident seçildi. Seçkilərdə bir həftə əvvəl birinci turda səslərin 42,5 faizini qazanan islahatçı Məsud Pezeşkian və onun mühafizəkar rəqibi Səid Cəlili (38,6 faiz) iştirak etdi. 16 saatlıq səsvermədən sonra seçkilərin qalibinin islahatçı namizəd Məsud Pezeşkianın olduğu elan edildi.

İranın dövlət xəbər agentliyi Press TV şənbə günü ölkənin seçki qərargahına istinadən xəbər verdi ki, islahatçı namizəd Məsud Pezeşkian səsvermədə qalib gəldi. Press TV cümə günü keçirilən ikinci turda cənab Pezeşkianın hesablanmış 30,5 milyon səsdən 1 ,3 milyondan çox səs qazandığını bildirdi. Onun mühafizəkar rəqibi Səid Cəlilinin isə 13,5 milyondan çox səs qazandığı vurğulanır. Seçici fəallığının 49,8 faiz təşkil etdiyi qeyd olunur.

Xatırladaq ki, səsvermənin birinci turunda prezidentliyə namizədlər tələb olunan 50 faiz səsi toplaya bilməmişdilər. 9 yaşlı ürək cərrahı və parlament üzvü Məsud Pezeşkian islahatçı kimi tanınır. O, ilk dəfə 2021-ci ildə qeydiyyat sənədlərini təqdim etmiş, lakin o zaman seçkilərdə iştiraka buraxılmamışdı. 2024-cü ildə isə sabiq prezident Həsən Ruhani və sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif onu seçki kampaniyasında dəstəkləmişdilər.

Məsud Pezeşkian İranın düşmənləri ilə, xüsusən də nüvə proqramı ilə bağlı dialoqa üstünlük verir və bunu ölkənin daxili problemlərini həll etmək üçün bir vasitə kimi görür. “Əsas məsələ perspektivdir: biz dünya ilə problemlərimizi həll etmək istəyirik, yoxsa yox İnanıram ki, biz ölkənin problemlərini həll etmək üçün çıxılmaz vəziyyətdən çıxmalıyıq – deyə, o, prezidentliyə namizədlərin son debatında belə çıxış etmişdi.

İslahatçı özünü bütün iranlıların namizədi kimi təqdim edir. 1994-cü ildə yol qəzasında həyat yoldaşını və uşaqlarından birini itirdikdən sonra cənab Pezeşkianın vaxtının çox hissəsini siyasətə həsr etdiyi məlumdur. İki oğlu və bir qızını tək böyütməsi və bir daha ailə qurmaması İranda ona rəğbət hissini artıran və hörmət qazandıran amillərdən biri kimi qeyd olunur.

Bəs islahatçı prezidentin seçilməsi İran və digər ölkələr üçün nə vəd edir Öncə qeyd zəruridir ki, hər hansı bir namizədin qələbəsi İran siyasətinin köklü şəkildə yenidən qurulmasına gətirib çıxarmayacaq. ünki bu ölkədə prezident ali liderin ümumi xəttinə həmişə sadiq qalır. Qonşu ölkədə prezident müəyyən səlahiyyətlərə malik olsa da, son səlahiyyət bütün dövlət məsələlərində son söz sahibi olan ali rəhbərdədir. Bununla belə, prezident postunda daha mötədil bir simanın olması İran və Qərb dövlətləri arasında dialoqu asanlaşdıra bilər. Ölkə daxilində Pezeşkian seçki kampaniyası zamanı vurğuladığı bəzi sosial dəyişiklikləri də həyata keçirə bilər, baxmayaraq ki, ekspertlər bu cür addımların çox çətin olduğunu bildirirlər.

Xatırladaq ki, M.Pezeşkian seçki kampaniyası zamanı inflyasiyanın qarşısını almaq üçün iqtisadi islahatlara çağırır, qadınların və etnik azlıqların hüquqlarını müdafiə edirdi. Bundan əlavə, o, Qərb ölkələri ilə münasibətlərin tədricən yaxşılaşdırılmasının tərəfdarıdır. O, İranın dünya ilə qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayaraq, tarixdə heç bir ölkənin qəfəsdə tərəqqi edə bilmədiyini deyirdi. M. Pezeşkian çıxışlarında qonşu ölkələr ilə turizm və ticarətin inkişaf etdirilməsi yönündə fəaliyyət göstərəcəyini deyirdi: “Sərhədləri bağlayaraq bir yerə çata bilməyəcəyik, turizm və ticarəti inkişaf etdirmək yönündə çalışacayıq”.

Londonda yerləşən “Chatham House” analitik mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənam Vəkilin sözlərinə görə, M.Pezeşkianın seçilməsinin dərhal siyasət dəyişikliyinə səbəb olacağı ehtimalı azdır: “Ancaq Pezeşkian daha az repressiv mühitə uyğunlaşmaq üçün sistem vasitəsilə və daxilində işləməyə çalışacağını açıq şəkildə bildirir”. İslahatçının bu dəyişiklikləri edə biləcəyinə zəmanət vermədiyini deyən S.Vəkil əlavə edir ki, bu, İranda prezident səlahiyyətlərinin sərhədlərini göstərir. Ancaq analitik düşünür ki, sosial azadlıqlar sahəsində yeni prezidentin manevr üçün imkanları ola bilər.

Bundan başqa, cənab Pezeşkian ölkəsinin Qəzzadakı müharibə və İranın nüvə proqramının irəliləyişindən qaynaqlanan İsrail və onun Qərb müttəfiqləri ilə gərginliyin artdığı bir vaxtda prezidentliyə başlayır. İsrail indi Livanda “Hizbullah”a qarşı potensial ikinci cəbhəyə hazırlaşır. İran isə şiddətlə buna qarşı çıxır. Buna görə də, ekspertlər Məsud Pezeşkianın İsraillə bağlı hazırkı siyasət trayektoriyasının dəyişəcəyini gözləmirlər.

Eyni zamanda, siyasi müşahidəçilərin sözlərinə görə, cənab Pezeşkian bir çox cəhətdən ali dini rəhbərlik üçün də ən yaxşı namizəddir. Ona görə ki, lazım gələrsə o, Qərblə danışıqlar aparmağa və daxili gərginliyi azaltmağa qadir siyasətçi kimi qiymətləndirilir. Qərb dövlətləri bu seçkilərin İranla münasibətlərini dəyişəcəyini gözləməsələr də, M.Pezeşkiana üstünlük verirdilər. ünki Qərbdə düşünürlər ki, onun rəqibinin seçilməsi mövcud gərginliyi artırardı. 

S.ELAY

XQ

Dünya