Alimlər bir-birinin üzərində cərrahi əməliyyat edə bilən “Florida dülgəri” adlı qarışqa növü aşkar ediblər. Florida adasına xas olan bu qarışqa növü yuva yoldaşlarının yaralı üzvünü seçərək, onları kəsib müalicə edir.
“Current Biology” jurnalında dərc olunan araşdırmada tədqiqatçılar bu əməliyyatın qarışqanın sağalmasına kömək etdiyini aşkar ediblər. Araşdırmaçılar, həmçinin müəyyən ediblər ki, bu qarışqa növü yalnız ağızları ilə yaranı təmizləyirlər. Ağızları ilə zədələnmiş ayaqları amputasiya edirlər. Bud və baldır sümüyündəki zədələr yuva yoldaşı tərəfindən kəsilib təmizlənir.
2023-cü ildə nəşr olunan bir məqalədə, Afrikanın Sub-Saharasında tapılan “Megaponera analis” adlı qarışqalar qrupunun mümkün infeksiyaları aradan qaldırmaq və aldıqları zədələri sağaltmaq üçün xüsusi bir bezdən istifadə etdikləri barədə məlumat verilmişdi.
Qeyd edək ki, alimlər bu qarışqa növlərini yaranın necə və hardan yarandığını görmələri, onu nə cür təmizlənəcəyini bilmələri və s. hərəkətlərinə görə insana rəqib ola biləcək yeganə tibb sistemi kimi qiymətləndirirlər.
Araşdırmaçılar indi bu davranışın nə qədər həqiqətə uyğun olub-olmadığını görmək üçün digər qarışqa növləri ilə oxşar təcrübələr keçirirlər. Aparılan tədqiqatlar zamanı qarışqaların əməliyyat zamanı ağrıya nə qədər müddətə tab gətirib-gətirməyəcəkləri də yoxlanılır.
S.FİDAN
XQ