Reuters: NATO Ukraynaya 40 milyard avro ayırmağa razılaşıb

post-img

NATO-ya üzv ölkələr Ukraynaya 40 milyard avro məbləğində hərbi yardımı maliyyələşdirməyə razılaşıblar. Kiyev bu vəsaiti gələn il alacaq.

Reuters xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrindən Ukraynaya hərbi yardımı Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonrakı illərdə olduğu səviyyədə saxlamağı xahiş edib və bu, ildə təxminən 40 milyard avro təşkil edəcək.

NATO liderləri sazişi gələn həftə Vaşinqtonda imzalayacaqlar.

Xatırladaq ki, NATO liderləri hərbi alyansın 75-ci ildönümünü qeyd etmək üçün iyulun 9-dan 11-dək Vaşinqtonda Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitinə toplaşacaqlar.

Prezident Vladimir Zelenski və NATO-nun baş katibi Yens Stoltenberq Alyans liderlərinin sammitindən gözləntiləri barədə danışıblar. Zelenski Alyans üzvlərinin Ukraynanı kritik ehtiyac duyulan müdafiə vasitələri, ilk növbədə hava və raketdən müdafiə sistemləri ilə təmin etməyə hazır olduğunu qeyd edib.

Bununla belə, Reuters xəbər verir ki, Ukrayna NATO sammitində daha çox hava hücumundan müdafiə sistemi əldə etmək üçün "yaxşı xəbər" alacaq.

S.ELAY

XQ

Dünya