ABŞ dövlət katibinin müavini Ukraynada

post-img

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass Ukraynaya səfər edib və burada yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı rəsmi şəxs Ukrayna­nın baş naziri Denis Şmıqal, Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak, xarici işlər naziri Dmitro Kule­ba, müdafiə naziri Rustem Umerov, strateji sənaye naziri Aleksandr Kamı­şin, habelə Ali Radanın deputatları ilə görüşüb.

Onlar ABŞ-ın yeni hərbi və iqtisa­di yardımının təsirini, müdafiə və digər sahələrdə uzunmüddətli öhdəlikləri və Ukraynanın yenidən qurulması üzrə da­vam edən işləri müzakirə ediblər.

Bundan sonra Bass Ukrayna üzrə təmas qrupunun komandanlığının nü­mayəndələri ilə görüşmək üçün Almani­yaya gedib.

XQ

Dünya