Fransanın sabiq prezidenti Fransua Ollandın fikrincə, indiki prezident Emmanuel Makronun siyasətdə təcəssüm etdirdikləri tükənib.
“Makronizm, əgər mövcud olubsa da, bitdi. Mən bunu düşmənçilik etmədən deyirəm”, - cənab Olland AFP-yə deyib. O qeyd edib ki, Makronun mandatı başa çatmayıb, lakin o, artıq növbəti seçkilərdə iştirak edə bilməyəcək.
Fransua Olland 2012-2017-ci illərdə Fransa prezidenti olub. Emmanuel Makron 2014-2016-cı illərdə iqtisadiyyat, maliyyə və rəqəmsal iqtisadiyyat naziri vəzifəsində çalışıb. Cənab Olland aşağı reytinqinə görə ikinci müddətə namizəd olmaqdan imtina edib. İndi o, solçu Yeni Xalq Cəbhəsi alyansından növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib.
S.ELAY
XQ