Ermənistan Fələstini dövlət kimi tanıyıb

post-img

Ermənistan Fələstin dövlətini tanımaq qərarına gəlib. Bu barədə iyunun 21-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib. 

Hesabatda deyilir ki, Qəzza zolağında fəlakətli humanitar vəziyyət və bu gün davam edən hərbi münaqişə beynəlxalq siyasi gündəmdə həllini tələb edən əsas məsələlərdəndir: “Ermənistan Respublikası mülki infrastruktura hücumları, mülki əhaliyə qarşı zorakılığı, silahlı münaqişə zamanı mülki şəxslərin girov götürülməsi və əsir götürülməsini qəti şəkildə rədd edir, həmçinin beynəlxalq ictimaiyyətin onların ilkin şərt olmadan azad edilməsi tələblərinə qoşulur”.

Bəyanatda qeyd olunur ki, Ermənistan BMT Baş Assambleyasının Qəzza zolağında dərhal atəşkəs elan edilməsini tələb edən qətnamələrinə qoşulur. Bundan başqa, Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında uzunmüddətli sülhün bərqərar olmasında səmimiyyətlə maraqlıdır. 

Qeyd edək ki, bununla əlaqədar Ermənistan səfiri İsrail XİN-ə çağırılıb. 

 

P.ƏMİRCANOV

XQ

Dünya