Rusiya ABŞ-la strateji silahların ixtisarına dair yeni sazişi (DSNV) müzakirə etməyə yalnız o halda hazır olacaq ki, Vaşinqton Ukraynaya silah verməkdən imtina etsin və onun NATO-ya qəbuluna mane olsun. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Məlumatı “Anadolu” verib.
“Amerikalılar hamını axmaq hesab edirlər. Təsəvvür edin ki, İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası hər hansı bir silahın (tanklar, təyyarələr və ya BM-13 Katyuşa) istehsalına məhdudiyyətlər məsələsini ayrıca danışıqlara daxil etmək təklifi ilə SSRİ-yə müraciət edir. Yəni gəlin onların istehsalını məhdudlaşdıraq. Absurdluq, dəlilik, bir dəlinin çılğınlığı?” – deyə rusiyalı siyasətçi öz Telegram kanalında yazıb.
Medvedev qeyd edib ki, ABŞ kifayət qədər ciddi şəkildə Kiyevə bütün növ silahların, o cümlədən uzaq mənzilli raketlərin və təyyarələrin tədarükü fonunda strateji hücum silahlarının azaldılması ilə bağlı yeni müqavilənin imzalanması üçün Rusiya Federasiyasına danışıqlar aparmağı təklif edir: “Xeyr, bu yalnız Bandera rejiminə silah verməkdən imtina etdikdən və onun NATO-ya qəbuluna mane olduqdan sonra mümkündür”, - deyə Medvedev yekunlaşdırıb.
P.ƏMİRCANOV
XQ