Putin Vyetnam prezidenti ilə danışıqlara gəlib

post-img

Prezident Vladimir Putin Hanoydakı Prezident Sarayına gəlib. Orada o, Vyetnam prezidenti To Lam ilə danışıqlar aparacaq.

Sarayın qarşısındakı meydanda dövlət başçılarının rəsmi qarşılanma mərasimi olub. Vladimir Putini şəxsən To Lam qarşılayıb. Onlar birlikdə Rusiya və Vyetnam bayraqlarını dalğalandıran vyetnamlı uşaqların əhatə etdiyi xalça boyunca gəzərək, xüsusi podiumda yerlərini tutublar.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar və Vladimir Putinlə ölkənin ali rəhbərliyi arasında ayrı-ayrılıqda görüşlər keçiriləcək. Onların nəticələrinə əsasən, birgə bəyanat qəbul ediləcək. By barədə Kremlin mətbuat xidməti qeyd edir.

Vladimir Putinin səfəri ölkənin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronqun dəvəti ilə baş tutur. Dövlət başçısının Vyetnamın bütün ali rəhbərliyi ilə görüşü və 20-yə yaxın birgə sənədin imzalanması planlaşdırılır.

Prezident dünən, iyunun 19-da Vyetnama səfər edib. Bundan əvvəl o, KXDR-də iki günlük səfərdə olub. Ümumilikdə, dövlət başçıları danışıqlara 11 saatdan çox vaxt sərf ediblər. Görüşün nəticəsi olaraq Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

S.ELAY

XQ

Dünya