İsveçrədə keçirilən Qlobal Sülh Sammitinin yekun bəyannaməsi 80 ölkə və 4 təşkilat tərəfindən imzalanıb. Bu barədə “Azadlıq” radiosu iyunun 16-da məlumat yayıb.
Kommünikeyə dəstək verməyənlər arasında Səudiyyə Ərəbistanı, Tailand, Hindistan, Meksika, Cənubi Afrika, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri də var.
Bundan əvvəl "Reuters" agentliyi Zaporojye atom elektrik stansiyasının Ukraynanın nəzarətinə qaytarılması, Ukrayna dəniz limanlarına təhlükəsiz girişin bərpası və hərbi əsirlərin mübadiləsi ilə bağlı bəndləri özündə əks etdirən Qlobal Sülh Sammitinin yekun sənədinin layihəsini dərc edib.
Xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, bəyannamədə Ukraynanın bütün fundamental təklifləri nəzərə alınıb.
Ukrayna Prezidentinin İşlər İdarəsi sülhün əsaslarına dair yekun kommünikenin tam mətnini dərc edib.
“Biz inanırıq ki, sülhə nail olmaq üçün bütün tərəflər arasında əlaqə və dialoq lazımdır, ona görə də biz gələcəkdə bütün tərəflərin nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd olunan sahələrdə konkret tədbirlər görməyə qərar verdik”.
S.ELAY
XQ