Ukrayna və ABŞ təhlükəsizlik sazişi imzalayıb

post-img

İtaliyada keçirilən G7 sammitində Ukrayna və ABŞ arasında 10 illik ikitərəfli təhlükəsizlik sazişi imzalanıb. Məlumatı “Anadolu” verib. 

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə birgə mətbuat konfransı zamanı sazişin imzalandığı günü “tarixi” adlandırıb: “Bu saziş davamlı sülhü təmin edən addımlar haqqındadır, bu səbəbdən bütün dünyaya fayda verəcək”. 

Ukrayna lideri bildirib ki, saziş Ukraynanın NATO-ya üzvlüyünə “körpü”dür.

Co Bayden də, öz növbəsində vurğulayıb ki, Ukrayna üçün davamlı sülh “ölkənin özünü cari təhdidlərdən qorumaq və gələcək təcavüzün qarşısını almaq qabiliyyəti ilə əsaslı şəkildə bağlıdır”.

Ukrayna artıq 16 ölkə ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayıb. Bunlar Böyük Britaniya, Almaniya, İslandiya, Danimarka, İspaniya, İsveç, Norveç, Portuqaliya, Belçika, Latviya, Finlandiya, İtaliya, Fransa, Kanada, Yaponiya və Hollandiyadır.

P.ƏMİRCANOV
XQ

Dünya