Ukrayna Qərb ölkələri ilə əlavə hava hücumundan müdafiə vasitələri ilə bağlı razılığa gəlib

post-img

Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna hökuməti Qərb ölkələri ilə hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükü ilə bağlı bir sıra sazişlər bağlayıb. Onun sözlərinə görə, bu tədarüklərin bəziləri yaxın gələcəkdə, bəziləri isə payıza yaxın reallaşacaq. Cənab Zelenski müqavilələrin konkret olaraq hansı ölkələrlə bağlandığını açıqlamayıb. O, həmçinin Ukraynanın hansı hava hücumundan müdafiə sistemlərini alacağını bildirməyib.

“Ukrayna üçün yeni təhlükəsizlik sazişləri demək olar ki, hazırlanıb. İndi bu aylar strateji qərarlar üçün vaxtdır. May ayı döyüş meydanında, xüsusən də məsafədə imkanlarımızı genişləndirdi. İyun ayı diplomatiyamızı və strateji perspektivlərimizi gücləndirməlidir”, - deyə Ukrayna prezidenti öz internet səhifəsində vurğulayıb.

Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi aprel ayında Ukrayna-NATO Şurasının iclasında müzakirə edilib. May ayında Almaniya 12 ölkənin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsində iştirak etməyə hazır olduğunu bəyan edib.

S.ELAY

XQ

 

 

 

Dünya