ABŞ və Türkiyə arasında F-16 böhranı həll edildi

post-img

ABŞ Dövlət Departamenti “Türkiyə F-16 döyüş təyyarələrinin alınması ilə bağlı təklif və qəbul məktubunu imzalayıb” deyib.

Türkiyənin yeni nəsil F-16 Blok 70 döyüş təyyarələri alması və mövcud inventarın yenilənməsi ilə bağlı ABŞ Dövlət Departamentindən mühüm açıqlama verilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller tərəfindən edilən açıqlamada, "Türkiyə F-16 döyüş təyyarələrinin alınması təklifi və qəbul məktubunu imzaladı" ifadəsi işlədilib.

ABŞ-ın Ankaradakı səfiri Ceffri Flake bu gün verdiyi açıqlamada Türkiyəyə F-16-ların satışının sona yaxınlaşdığı mesajını verib və qeyd edib ki, “Türkiyə bu gün ən son nəsil F-16 Block 70 döyüş təyyarələrini almaqda və təyyarələrini modernləşdirməkdə irəliləyir".

Sosial media hesabında Flake bunları yazıb: "Bu, ABŞ-ın milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyət göstərməsi üçün yaxşı bir addımdır. Türkiyə Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə təşəkkür edirəm".

Türkiyənin yanvar ayında almağa razılaşdığı F-16 döyüş təyyarələri ilə bağlı ABŞ Dövlət Departamenti nəzdində Siyasi və Hərbi Məsələlər Departamenti bildirib: “ABŞ Türkiyənin indiyə qədər istehsal etdiyi ən qabaqcıl yeni F-16 döyüş təyyarələrini alacağına razılaşıb. Bu, yalnız ən yaxın müttəfiqlərə və tərəfdaşlara verilir". Açıqlamada daha sonra yazılıb: "Bu gün qürurla bildiririk ki, 16 Block 70 döyüş təyyarəsi almaqda irəliyə doğru əhəmiyyətli bir addım atmışıq. Bu, Birləşmiş Ştatların Türkiyə ilə təhlükəsizlik tərəfdaşlığının sarsılmaz öhdəliyinin son nümunələrindən yalnız biridir".

S.ELAY

XQ

Dünya