ABŞ prezidenti Zelenski ilə iki görüş keçirəcək

post-img

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski iki görüş keçirəcəklər. Məlumatı “Anadolu” verib.

Onun sözlərinə görə, iki ölkə liderlərinin ilk görüşü müttəfiqlərin Normandiyaya (Fransaya)  daxil olmasının 80 illiyinin qeyd olunması zamanı, ikincisi isə gələn həftə İtaliyada keçiriləcək G7 sammitində baş tutacaq.

“Normandiyada Bayden Zelenski ilə Ukraynadakı vəziyyət və dəstəyimizi necə davam etdirə biləcəyimizi müzakirə edəcək”, - deyə ABŞ rəsmisi Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, Bayden həmçinin iyunun 13-dən 15-dək İtaliyanın Bari şəhərində keçiriləcək G7 sammitində də Zelenski ilə yenidən görüşmək niyyətindədir. Görüşdə Ukraynanın hərbi səylərini dəstəkləmək üçün dondurulmuş Rusiya vəsaitlərinin istifadəsinə diqqət yetiriləcək.

Bu arada, Yelisey Sarayı təsdiqləyib ki, Ukrayna prezidenti iyunun 6-da Fransaya səfər edəcək və Emmanuel Makronla görüşəcək.

 

P.ƏMİRCANOV

XQ

Dünya