Çin və Türkiyə əməkdaşlığı gücləndirməli, hər cür hegemonluq və güc siyasətinə müqavimət göstərməli və qlobal idarəçiliyi ədalətli səviyyəyə çatdırmalıdır. Bunu Çinin xarici işlər naziri Vanq Yİ Pekində türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Diplomat həmçinin qeyd edib ki, Pekin və Ankara Fələstin probleminin ədalətli və yekun həllinə tez bir zamanda nail olmaq üçün qarşılıqlı koordinasiyanı gücləndirməli və səyləri gücləndirməlidir.
“Qəzzada tezliklə atəşkəs lazımdır. Fələstin probleminin həlli iki dövlətli həll yoludur”, - Vanq Yi bildirib.
O, ÇXR və Türkiyənin Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəklədiyini vurğulayıb.
P.ƏMİRCANOV
XQ