Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

post-img

Türkiyənin Kayseri vilayətində SF-260 hərbi təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Bu barədə “Reuters” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Xəbəri “İnterfaks.ru” verib. 

Qeyd olunur ki, təyyarə Kayseridəki hava bazasından göyərtəsində iki pilotla təlim-məşq toplanışına qalxıb, daha sonra isə naməlum səbəbdən qəzaya uğrayıb.

Qəza yerinə təcili tibbi yardım briqadaları göndərilib. Onlar qəza nəticəsində iki pilotun itkin düşdüyü bildirilib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya