Blinken əsirlərin mübadiləsini müzakirə edib

post-img

ABŞ dövlət katibi Antoni Blinken İsrail Hərbi Kbinetinin üzvü Benni Qantzla əsirlərin mübadiləsi və blokadada olan Qəzza zolağına humanitar yardımın artırılmasını ehtiva edən atəşkəs təklifini müzakirə edib. Məlumatı “Anadolu” verib. 

Blinken görüşdə deyib ki, “tam və yekun atəşkəs” təklifi bütün məhbusların azad edilməsini təmin edəcək və Qəzzaya humanitar yardım axınını artıracaq. 

ABŞ Dövlət Departamenti bildirib: “HƏMAS gecikmədən bu razılaşmanı qəbul etməlidir”.

ABŞ diplomatiyası əmindir ki, saziş təkcə əsirlərin ailələrinə qovuşmasına imkan verməyəcək, həm də İsrail və Livan sərhədində sakitliyin təmin edilməsi imkanlarını açacaq, eyni zamanda, Tel-Əvivin uzunmüddətli təhlükəsizliyə nail olunmasına töhfə verəcək. 

Mayın 31-də Ağ Evdə çıxış edən ABŞ Prezidenti Co Bayden deyib ki, İsrail üç mərhələdə olacaq yeni atəşkəs təklifini çatdırıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya