Gürcüstan parlamentinin sədri mübahisəli qanunu imzalayıb

post-img

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “xarici agentlər haqqında qanunu” imzaladığını, sənədin artıq qüvvəyə mindiyini bildirib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir”, - Papuaşvili brifinqdə deyib.

Bundan əvvəl Gürcüstan parlamenti mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edib.

Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoyub. Dövlət başçısı xüsusilə qanunun qüvvəyə minməsindən sonrakı gün dərhal ləğv edilməsini tələb edib.

Qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini xüsusi reyestrdə qeydiyyatdan keçməyə və illik bəyannamə doldurmağa məcbur edir.

Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanan qanun layihəsi ölkədə kütləvi etirazlara səbəb olub.

 

P.ƏMİRCANOV

XQ

Dünya