XİN-in rəsmisi: Təcrübədə miqrasiyanın tələblərindən yayınmaq məqsədli nikahların bağlanması hallarına çox rast gəlinir

post-img

Təcrübədə miqrasiyanın tələblərindən yayınmaq məqsədli nikahların bağlanması hallarına çox rast gəlinir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi barədə fikir bildirərkən deyib.

XİN-in rəsmisi xatırladıb ki, respublika ərazisində nikah Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən bağlanır. Xaricdə isə bu işi Azərbaycanın səfirlik və konsulluqları həyata keçirir.

Onun sözlərinə görə, xarici ölkədə bağlanılan nikahlar ölkə ərazisində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tanına bilər.

Siyasət