Borrel: Çinin Rusiyaya silah verməsinə dair sübutumuz yoxdur

post-img

Avropa İttifaqında (Aİ) Çinin Rusiyaya silah verdiyinə dair heç bir sübut yoxdur. Bunu iyunun 1-də Sinqapurda keçirilən Şanqri-La Dialoq sammitində Aİ diplomatiyasının rəhbəri Xosep Borrel deyib.

Məlumatı “İzvestiya.ru” verib. 

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun saytında yayımlanan məlumatda Bayden deyib: “Çin Rusiyaya silah verməməyi öhdəsinə götürüb və bunun baş verdiyinə dair heç bir sübutumuz yoxdur”.

Mayın 22-də Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, ABŞ-nin Çinin Ukraynada istifadə üçün Rusiyaya silah vermək niyyəti barədə məlumatı yoxdur. O, Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şappsın Çinin guya Rusiyaya öldürücü vermək planının olması barədəki məlumatını belə şərh edib.

P.ƏMİRCANOV
XQ

Dünya