Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb

post-img

Çin Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Rabitə peyki Sıçuan əyalətinin cənub-qərbindəki "Xichang" buraxılış mərkəzindən “Long March-3B” daşıyıcı raketindən istifadə etməklə orbitə çıxarılıb”, - məlumatda bildirilir.

Buraxılış "Long March" reaktiv daşıyıcıları üçün 524-cü olub.

Pakistanın çoxməqsədli rabitə peyki Çin Kosmik Elm və Texnologiya Akademiyası tərəfindən hazırlanıb(Report).

Dünya