İrəvanda aksiyaçılar Respublika meydanını bağlayıblar

post-img

“Vətən uğrunda Tavuş” hərəkatının etiraz aksiyasının iştirakçıları İrəvanda Respublika meydanını bağlayıblar. Bu barədə “İzvestiya.ru” mayın 30-da məlumat yayıb. 

Videogörüntülərdə polisin geri itələməyə çalışdığı insan kütləsi görünür. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında toqquşma baş verib.

Bundan əlavə, etirazçılar avtomobillərin meydandan keçməsinə mane olurlar. 

“Sputnik Ermənistan” xəbər verir ki , aksiyanın lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını hazırda baş nazir Nikol Paşinyanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasının keçirildiyi hökumət binasına girməyə çağırıb.

Qeyd edək ki, Ermənistanda aprelin ortalarından etiraz aksiyaları keçirilir. Aksiya Azərbaycanla delimitasiya olunmuş Tavuş bölgəsindən başlayıb.  

P.ƏMİRCANOV
XQ

Dünya