ABC: ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb-VİDEO

post-img

Amerikanın hərbi təyyarəsi Albukerke (Nyu Meksiko) hava limanında qəzaya uğrayıb. Bu barədə ABC televiziyası məlumat yayıb.

Təyyarədə yalnız pilot olub və xəstəxanaya yerləşdirilib. Hadisədən sonra hava limanı artıq fəaliyyətini bərpa edib.

ABŞ-ın Daily Express portalının məlumatına görə, havaya qalxdıqdan az sonra qəzaya uğrayan F-35 qırıcısı ola bilərdi.

Hadisə şahidlərinin yaydığı kadrlardan görünür ki, Lightning II-nin qəzaya uğradığı yerin ətrafında yanğın baş verib. Təcili yardım xidmətləri artıq yanğını söndürməyə başlayıb.

Bu, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin son bir ayda Nyu-Meksikoda ikinci dəfə qəzaya uğramasıdır. Aprelin 30-da 49-cu Aviasiya Qanadının F-16 qırıcısı White Sands Milli Parkında qəzaya uğrayıb. Bu qəzada da pilot da təyyarəni tərk edə bilmişdi.

S.ELAY

XQ


Dünya