Putin Özbəkistanla iqtisadi əlaqələrdən məmnundur

post-img

Rusiya Prezidenti Vladimir Putin mayın 27-də Özbəkistan lideri Şavkat Mirziyoyev ilə görüşdə ölkələr arasında iqtisadi əlaqələrin inkişaf tempini yüksək adlandırıb. Məlumatı “İzvestiya.ru” verib. 

“İqtisadi əlaqələrin inkişaf tempi həqiqətən yüksəkdir”, - o, məhdud tərkibdə keçirilən danışıqlarda deyib. 

Putin, həmçinin Mirziyevin istinad etdiyi Özbəkistan tərəfinin hər iki ölkənin ticarət dövriyyəsinin bu il 10 milyard dollara çatması və 30 faiz artdığı barədə məlumatlarına münasibət bildirib. Rusiya prezidenti qeyd edib ki, Rusiya statistikasına görə, bu səviyyə bir qədər aşağıdır, lakin çox yaxşı nəticədir.

Bundan əlavə, Rusiya lideri ölkəsi ilə Özbəkistan arasında ticarət-iqtisadi əlaqələrin, əsasən sənaye kooperasiyası və yüksək texnologiyalar sahəsində şaxələnməyə və yaxşı perspektivlərə diqqət çəkib. Bu, Özbəkistan hökumətinin və şəxsən Mirziyoyevin səyləri sayəsində mümkün olub, - deyə Putin əlavə edib.

Bir gün əvvəl, mayın 26-da Putin dövlət səfəri üçün Özbəkistana gedib. 

P.ƏMİRCANOV
XQ

Dünya