ABŞ Maliyyə Nazirliyi yenidən Avropa banklarına qarşı sanksiyalarla hədələyib

post-img

Rusiyada hələ də fəaliyyət göstərən Avropa bankları ABŞ-ın daha sərt sanksiyalarına məruz qalacaqlar.

Bunu "Reuters" agentliyinə ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

Onun sözlərinə görə, söhbət Rusiyaya “hərbi məqsədlərə” çatmağa kömək edən əməliyyatlar həyata keçirən kredit təşkilatlarından gedir.

Bununla yanaşı, xanım Yellen konkret bankların adlarını çəkməkdən imtina edərək, sanksiyaların yalnız bu cür əməliyyatların faktı sübuta yetirildiyi təqdirdə tətbiq olunacağını qeyd edib. Bununla belə, Avropa maliyyə institutlarının Rusiyadakı işi “çox böyük risklər yaradır”.

ABŞ Maliyyə Nazirliyinin Avstriyanın "Raiffeisen Bank International" (RBI) və İtaliyanın "UniCredit"in Rusiyanı tərk etməsini gözlədiyini soruşduqda, Yellen birbaşa cavab verməyib.

“İnanıram ki, onların rəhbərləri onlara orada gördükləri işdə son dərəcə diqqətli olmağı tövsiyə edib”, - nazir bildirib.

S.ELAY

XQ

Dünya