Rusiyanın NATO ölkələrinə hücum ehtimalı azdır və Avropada Rusiya təhlükəsi barədə söhbət Qərbin müharibəyə hazırlaşmaq manevridir. Bu barədə mayın 24-də Macarıstanın baş naziri Viktor Orban məlumat verib. Xəbəri “İzvestiya.ru” verib.
“Rusiya təhlükəsinin xatırlanmasına daha çox müharibəyə hazırlıq kimi baxmaq lazımdır. Hazırda baş verənlər Birinci və İkinci Dünya müharibələri öncəsi əhval-ruhiyyəyə bənzəyir, bunu mediada və siyasətçilərin bəyanatlarında görmək olar”, - o, “Kossuth” radiosunda deyib.
O qeyd edib ki, münaqişənin əvvəlində Avropa Ukraynaya yalnız dəbilqə göndərib, sonra hərbi texnikanın tədarükü başlayıb, indi isə söhbət qırıcıların verilməsindən gedir.
Orban həmçinin vurğulayıb ki, ən pis ssenari NATO ilə Rusiya arasında hərbi münaqişə olacaq. Onun sözlərinə görə, Macarıstan NATO nizamnaməsinə sadiqdir, alyans müdafiə və qarşılıqlı yardıma əsaslanır.
P.ƏMİRCANOV
XQ