Çin daha üç ABŞ şirkətinə sanksiya tətbiq etdi

post-img

Çin üç ABŞ şirkətini etibarsız təşkilatlar siyahısına əlavə edib. Mayın 20-də Çin Xalq Respublikasının Ticarət Nazirliyinin saytında dərc edilmiş məlumata görə, ABŞ şitkəti Tayvana silah satmaqda ittiham olunur. Məlumatı “İzvestiya.ru” verib. 

Əvvəlcə siyahıda Çin Ticarət Nazirliyi “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems”, sonra “Boeing Defence, Space & Security” şirkətlərinin adı qeyd edilir. 

Məlumata görə, şirkətlər Tayvanla silah ticarəti ilə məşğuldurlar və buna görə də “ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün” etibarsız qurumlar siyahısına daxil ediliblər.

Bu şirkətlərə Çinlə ixrac və idxal əməliyyatları həyata keçirmək, ölkəyə sərmayə qoymaq, şirkət rəhbərliyinə Çinə daxil olmaq, yüksək səviyyəli menecerlərlə işləmək, ölkədə qalmaq və ya yaşamaq icazəsi almaq qadağandır.

P.ƏMİRCANOV

XQ

Dünya