Ərdoğan “Togg”un yeni modeli ilə tanış olub

post-img

Prezident Rəcəb Tayyib Ərdoğan “Togg”un yeni T10F modeli ilə tanış olub və bununla bağlı rəsmilərdən məlumat alıb. Xəbəri “Anadolu” verib. 

Ərdoğan Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) Əkiz Qüllədə keçirilən 80-ci Baş Assambleyasına qatılıb. 

O, 69-cu TOBB Baş Assambleyasının xatirəsinə 2013-cü ildə TOBB Qoşa Qülləsinin bağçasında əkdiyi ağacı sulayıb. Baş Assambleyadakı çıxışından sonra Ərdoğan Türkiyənin “Togg” elektrik avtomobilinin stendini ziyarət edib.

“Togg”un yeni T10F modelini yoxlayan və səlahiyyətli şəxslərdən məlumat alan Ərdoğanı səfərdə TOBB sədri Rifat Hisarcıklıoğlu, Əmək və Sosial Müdafiə naziri Vedat İşıhan, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacir, Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı və Ticarət naziri Ömər Bolat müşayiət ediblər.

Prezident Ərdoğan yeni Togg modeli qarşısında xatirə şəkli çəkdirib.

P.ƏMİRCANOV
XQ

Dünya