Kreml Putinin Çinə səfərlərinin tarixlərini açıqlayıb

post-img

Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə mayın 16-17-də Çinə səfər edəcək. Rusiya liderinin səfərinin tarixlərini Kremlin mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, danışıqlar zamanı dövlət başçıları ən aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, onların birgə bəyanatı və bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Putinin səfər proqramına onun Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşü daxildir.

Səfər zamanı Rusiya prezidenti Pekin və Harbinə səfər edəcək, burada yerli politexnik universitetinin müəllim və tələbələri ilə görüşəcək, həmçinin Rusiya-Çin forumlarının açılışında iştirak edəcək.

S.ELAY

XQ

Dünya