PKK liderlərindən biri zərərsizləşdirilib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Qara bölgəsində PKK terror təşkilatının liderlərindən olan Sedat Aksunu zərərsizləşdirib. Məlumatı “Anadolu” verib. 

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, “Şövqər Çiyə” çağırış işarəsi olan terrorçu Türkiyə, Suriya və İraqda təhlükəsizlik qüvvələrinə qarşı terror hücumları əmri verib. O, həmçinin Pençe-Kilit əməliyyatı zonasında terror aktları təşkil etmək məqsədi ilə yaraqlıları silah və sursatla təmin edib.

Yaraqlı 1998-ci ildə PKK terror təşkilatının sıralarına qoşulub və təşkilatın İraqdakı liderlərindən biri olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.

Ankaranın mövcud vəziyyəti həll etmək üçün yollar tapmaq cəhdlərinə baxmayaraq, terror təşkilatı PKK 2015-ci ilin iyul ayından yenidən silahlı hücumlara başlayıb.

P.ƏMİRCANOV
XQ

Dünya