İyun ayında Ukrayna və İsveçrənin ev sahibliyi edəcəyi sülh sammiti sülhə doğru “böyük addım” ola bilər.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Hətta indi orada əsas sülh məsələsi (Ukrayna və Rusiya arasında - red.) deyil, onun tərkib hissəsi olan məsələlər müzakirə olunsa belə, bu, böyük addım olardı”, - Şolts vurğulayıb.
Onun sözlərinə görə, belə bir hadisə sayəsində “daha da addımlar atmaq” mümkün olacaq.
S.ELAY
XQ