Suriya və İraqda 108 terrorçu zərərsizləşdirilib

post-img

Son bir həftə ərzində Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlar zamanı 108 terrorçu, o cümlədən yaraqlıların liderləri adlandırılan şəxslər zərərsizləşdirilib. Məlumatı “Anadolu” verib. 

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürkün sözlərinə görə, İraqda 67, Suriyada daha 41 terrorçu zərərsizləşdirilib.

Aktürk qeyd edib ki, bu ilin əvvəlindən Türkiyə təhlükəsizlik qüvvələri 443-ü İraqın şimalında, 510-u isə Suriyanın şimalında olmaqla ümumilikdə 953 terrorçunu zərərsizləşdirib.

Onun sözlərinə görə, Şimali İraqdakı sığınacaqlarından qaçan daha iki PKK terrorçusu Xabur bölgəsindəki nəzarət-buraxılış məntəqəsində silahlarını yerə qoyaraq Türkiyə hərbçilərinə təslim olublar.

 

P.ƏMİRCANOV

XQ

Dünya