İslam İnkişaf Bankı Türkiyəyə 6,3 milyard dollar ayırıb

post-img

İslam İnkişaf Bankı (İİB) layihələrin həyata keçirilməsi üçün Türkiyəyə 6,3 milyard dollar maliyyə vəsaiti ayırıb. Məlumatı “Anadolu” verib. 

Bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək “Anadolu”ya müsahibəsində bildirib.

Nazir deyib ki, İİB-in Ər-Riyadda keçirilən görüşü zamanı 2024-2026-cı illər üçün Türkiyədə İİB-in bir sıra layihələrinin həyata keçirilməsini nəzərdə tutan Ölkə Strategiyası qəbul edilib.

O qeyd edib ki, İİB-in rəhbəri Məhəmməd Süleyman Əl-Casser ilə çərçivə proqramı imzalanıb: “Strategiya İslam İnkişaf Bankı tərəfindən 6,3 milyard dollar məbləğində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. Həyata keçirdiyimiz iqtisadi proqram sayəsində Türkiyəyə xarici vəsaitlərin axını davam edir”.

 

P.ƏMİRCANOV

XQ

Dünya